Keçmiş nazirin qohumu ilə bağlı məhkəmə başladı


Digərləri 31 Mar 2018 11:01:00 221 0

Keçmiş nazirin qohumu ilə bağlı məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sənan Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 13-nə təyin edilib.

Qeyd edək ki, 30 nömrəli marşrut xəttinə nəzarət edən S.Cəfərov "M-Trans" MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib.

Marşrut xəttindən gələn gəlirlərin az olduğunu bilən R.Məmmədov hüquq mühafizə orqanlarına müraciət edib. Araşdırma nəticəsində ortada mənimsəmə faktının olduğu aşkarlanıb. S.Məmmədov hüquq mühafizə orqanlarına çağrılaraq saxlanılıb.