Neftqaz sektorunun cari əməliyyatlar hesabının profisiti 7 milyard dolları ötüb


Digərləri 31 Mar 2018 11:05:00 276 0

Neftqaz sektorunun cari əməliyyatlar hesabının profisiti 7 milyard dolları ötüb

2017-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 1,7 milyard ABŞ dolları təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyə balansında qeyd olunub.

Müqayisə üçün qeyd edək ki, 2016-cı ili Azərbaycan tədiyə balansının cari əməliyyatlar hesabının 1,36 milyard dollarlıq kəsirlə başa vurmuşdu.

Azərbaycanın neft-qaz sektorunun cari əməliyyatlar hesabının profisiti 7,4 milyard dollar olub. 2016-cı ilin yekunlarına görə, bu göstərici 4,4 milyard dollara bərabər olub.

Qeyd etmək lazımdır ki, neft-qaz sektorunun cari hesab profisiti qeyri-neft sektoru üzrə qeydə alınan 5,7 milyard dollarlıq kəsiri tamamilə üstələyir.