Papa xəstə uşağı öpdü, bağrına basdı VİDEO FOTO


Digərləri 31 Mar 2018 10:21:00 254 0

Papa xəstə uşağı öpdü, bağrına basdı  VİDEO  FOTO

Dünən Vatikanda, Müqəddəs Pyotr meydanından keçərkən Roma Papası 1-ci Fransisk "papamobil" adlandırılan avtomobilini saxlayıb, 12 yaşlı oğlanın maşına minməsinə icazə verib. Daha sonra o, oğlanı öpərək ona xeyir-dua verib, ona hava şarı hədiyyə edib.

Son.az CBS News-a istinadən bildirir ki, bu oğlan Daun sindromu xəstəsi olan 12 yaşlı Piter Lombardidir. O, ailəsi ilə birlikdə Romaya ABŞ-ın Ohayo ştatından gəlmişdi.

Leykemiya xəstəsi də olan Piter bu ölümcül mərəxdən müalicə olunub. Anasının dediyinə görə, oğlu iki il əvvəl müayinə ediləndə onda leykemiya aşkarlanmışdı.

"Günlərin birində oğlum Papanı televizorda gördü və nəyin bahasına olursa-olsun, onnula görüşmək istədi. 2015-ci ildə Papa Fransiski Filadelfiyada görmək niyyətində idik. Amma Piter xəstəxanaya düşdü, leykemiya ilə bağlı kimya terapiyası kursuna məruz qaldı. Üç il keçdi, oğlumun arzusu çin oldu", - Piterin anası söyləyib.


Xəbərə aid fotolar