“Boeing”ə haker hücumu


Digərləri 31 Mar 2018 08:55:00 288 0

“Boeing”ə haker hücumu

ABŞ-ın "The Boeing Company" korporasiyası sisteminə haker hücumu olduğunu bildirib.

Son.az lent.az-a istinadən xəbər verir ki, korporasiyanın kibertəhlükəsizlik mərkəzi zərərverici proqram təminatının məhdud basqısını müəyyən edib.

Şirkətin bəyanatında deyilir ki, bu zərərverici proqram təminatı sistemin kiçik bir hissəsinə toxunub: "Müəyyən tədbirlər görülüb, bu tədbirlər istehsal və təminat sektoruna da toxunub".