Sumqayıtda 60 yaşlı kişini maşın vurub


Digərləri 31 Mar 2018 08:48:00 247 0

Sumqayıtda 60 yaşlı kişini maşın vurub

Hadisə şəhərin 11-ci mk ərazisində baş verib

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin 11-ci mk ərazisində baş verib.

Belə ki, 1958-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Hümbət Səməd oğlu yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub.Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisədən sonra sürücü məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.