Yeni casus proqramlar aşkarlanıb


Digərləri 31 Mar 2018 08:35:00 270 0

Yeni casus proqramlar aşkarlanıb

"Eset" antivirus şirkəti kibercasusluq üçün "Remote Control System" adlı  proqram təminatının yeni nümunələrini aşkar edib. İtaliyanın "Hacking Team" şirkəti tərəfindən yaradılmış proqram təminatı 14 ölkədə izləmə üçün tətbiq edilir.

Son.az ICTnews-a istinadən bildirir ki, "Eset" şirkətində araşdırılmış "RCS" proqram təminatının nümunələri fişinq göndərmələrinin köməyi ilə yayılıb. İcra olunan zərərverici fayl ikiqat fayl genişlənməsindən istifadə edərək PDF sənədi kimi maskalanıb. Ekspertlər bildirirlər ki, sənədlərin adları, ehtimal ki, diplomatik nümayəndəliklərin əməkdaşları arasında potensial qurbanlar üçün hədəflənib.