Rusiya 23 dövlətin diplomatını "arzuolunmaz şəxs" elan edib


Dünya 31 Mar 2018 08:20:00 262 0

Rusiya 23 dövlətin diplomatını "arzuolunmaz şəxs" elan edib

Siyahıda 16 Aİ ölkəsi, həmçinin Avstraliya, Kanada, Ukrayna, Norveç, Albaniya, Moldova və Makedoniyanın adı var

Moskva "Skripal işi" ilə əlaqədar Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını öz ərazisindən çıxaran 23 dövlətin diplomatını "arzuolunmaz şəxs" elan edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Həmin dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri Rusiya XİN-ə çağırılıb və onlara etiraz notası təqdim olunub.