Paytaxtda vəzifəli şəxsin oğlu "qırmızı işıq"dan keçərək qəza törədib, ağır yaralanan var - FOTO - VİDEO


Sosial 31 Mar 2018 06:53:55 326 0

Paytaxtda vəzifəli şəxsin oğlu "qırmızı işıq"dan keçərək qəza törədib, ağır yaralanan var - FOTO - VİDEO

Həmin şəxs bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq edib

Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib.

"Report" xəbər verir ki, "10-LJ-600" dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğlu Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət olarkən, işıqforun qırmızı işığından keçib.

Nəticədə onun maşını 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi "Nissan Sunny" markalı avtomobilə çrpılıb. BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Əsgərov sərxoş vəziyyətdə olub. O, yol polislərinin "saxla!" əmrinə tabe olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

Həmin şəxs bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq edib. O, Yol Patrul Xidmətinin qanuni "saxla!" əmrinə tabe olmayaraq şəhər ərazisində təhlükəli manevrlərə yol verib. Buna baxmayaraq, sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub və məhkəmənin qərarına əsasən, 15 gün müddətinə həbs edilib.

E.Adıgözəlovun Heydər Əliyev prospektində etdiyi avtoxuliqanlığın görüntüləri: