Bakıda kirayə avtomobillərə tələbat artıb VİDEO


Digərləri 30 Mar 2018 22:17:00 252 0

Bakıda kirayə avtomobillərə tələbat artıb  VİDEO

Əvvəlki illərlə müqayisədə Bakıda kirayə avtomobillərə tələbat artıb.

Son.az bildirir ki, kirayə avtomobil xidməti göstərən şirkətlərin sayının çoxalması bunu deməyə əsas verir. Ötən illərə nisbətən belə şirkətlərin sayı təxminən 50 faiz artıb.

Kirayə avtomobil bazarının çoxalmasının əsas səbəbi isə ölkəyə gələn turistlərdir.

Amma tək əcnəbilər deyil, yerli sakinlərin də son vaxtlar kirayə avtomobil bazarına müraciətləri çoxalıb. Əsas tələbat nisbətən ekonom və daha çox sərnişin tutumu olan avtomobillərədir. Qiymətlər isə avtomobilin markasına və götürüldüyü müddətə görə dəyişir.