Bakının əsas prospektlərində güclü küləklə əlaqədar sürət həddi endirilib


Sosial 30 Mar 2018 22:02:59 278 0

Bakının əsas prospektlərində güclü küləklə əlaqədar sürət həddi endirilib

Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir

Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BNA bir daha sürücülərdən xahiş edir ki, bu cür güclü küləkli hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.