"Bunu anam eşitməsin" Manana


Şou-biznes 30 Mar 2018 21:56:00 304 0

"Bunu anam eşitməsin"  Manana

"Çalışan müğənnilərdən biriyəm. Hər axşam studiyada oluram. Amma hər şey tək mənlik deyil".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Manana "Xəzər maqazin"ə açıqlamasında deyib.

Müğənni son vaxtlar sənətdə az-az yeniliklər etməsindən danışıb. O bildirib ki, gündəmə gələ bilməməyinin günahkarı özü deyil:

"Hər şey müğənnidən asılı deyil. Səs rejissoru, aranjimançı deyir, mahnı 1 aya hazır olacaq. Amma bir ay uzanır. Zəng vurub xahiş edirəm ki, gəlin oturun işləyin. Əgər istəsəm də, alınmayacaq. Öz planlarımı bilirəm, başqaları yox. Kiməsə zəng vururam rəqs lazımdır, başlayırlar deyinməyə. Düzgün piar qurulmur. Mənə dəstək olan insanlar yoxdur. Maddi dəstəkçilərim ailəmdəkilərdir".