Yumurtalıq xərçənginin yaranmasına atanın geni səbəb olur ELMİ İDDİA


Digərləri 30 Mar 2018 21:38:00 283 0

Yumurtalıq xərçənginin yaranmasına atanın geni səbəb olur  ELMİ İDDİA

Amerikada aparılan bir araşdırma zamanı qadınlardan yumurtalıq xərçənginin yaranmasında atadan gələn X xromosomunun fəal rol oynadığı müəyyənləşib.

Son.az ailem.az-a istinadən xəbər verir ki, "Rosvell Park" Xərçəng İnstitutunda çalışan Kevin Eng 3 min qadının genetik zəncirini araşdırıb. Araşdırma nəticəsində genetik yolla keçən bəzi xəstəliklərin atanın DNT-sindən qaynaqlandığı müşahidə olunub. Bu xəstəliklər arasında yumurtalıq xərçəngi də var. 

Aparılan araşdırmada yumurtalıq xərçəngi riski daşıyan bəzi qadınların analarında xərçəngə yol açan genlərin olmadığı müəyyən edilib. Xərçəngə atadan gələn X xromosomundakı maFEC3 geninin yol açdığı məlum olub.