Cəlilabadda nişanlı oğlan toyqabağı intihar edib


Sosial 30 Mar 2018 20:39:56 250 0

Cəlilabadda nişanlı oğlan toyqabağı intihar edib

22 yaşlı oğlan yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asıb

Cəlilabadda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Stansiya yaşayış massivində (keçmiş Novoqolovka kəndində) qeydə alınıb.

Həmin yaşayış massivinin 22 yaşlı Münasib Hakim oğlu Nəhmədov yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asıb.

Hadisə yerinə təcili yardım stansiyasının, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bildirilir ki, M.Nəhmədov nişanlı olub və bu yaxınlarda toy etməyi planlaşdırırmış.

Faktla bağlı araşdırma aparılır.