Xalq artisti Həqiqət Rzayevaya həsr olunmuş gecə keçiriləcək


Digərləri 30 Mar 2018 20:54:26 188 0

Xalq artisti Həqiqət Rzayevaya həsr olunmuş gecə keçiriləcək

Beynəlxalq Muğam Mərkəzinin yeni “Unudulmayanlar” adlı layihəsi çərçivəsində Xalq artisti Həqiqət Rzayevaya həsr olunmuş gecə keçiriləcək.

Bakı. Beynəlxalq Muğam Mərkəzi «Unudulmayanlar» adlı yeni iri-miqyaslı layihə təqdim edir. Trend-in məlumatına görə, layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin – bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır. Layihənin açılışı 5 mart 2018-ci il tarixində baş tutdu və Azərbaycan mədəniyyət xadimi, dahi bəstəkar, məhşur alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhramanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunub.