İran və Azərbaycan birgə əczaçılıq müəssisəsinin yaradılması üzrə işləri sürətləndirəcək


Dünya 30 Mar 2018 19:50:00 260 0

İran və Azərbaycan birgə əczaçılıq müəssisəsinin yaradılması üzrə işləri sürətləndirəcək

İran və Azərbaycan Bakıda sənaye parkında birgə əczaçılıq müəssisəsinin yaradılması üzrə işləri sürətləndirməyi planlaşdırır.

Son.az xəbər verir ki, bunu Trend-ə İran səhiyyə nazirinin müavini İrac Hərirçi deyib.

İ.Hərirçinin sözlərinə görə, bu məsələ İranın səhiyyə naziri Həsən Qazizadə Haşiminin aprelin 19-da Azərbaycana səfəri zamanı müzakirə olunacaq:

"Birgə əczaçılıq müəssisəsinin yaradılması qərarı İran Prezidenti Həsən Ruhaninin bir neçə gün əvvəlki səfəri zamanı bir daha təsdiq edildi".