PSG bunlardan birini məşqçi gətirəcək


İdman 30 Mar 2018 19:34:00 301 0

PSG bunlardan birini məşqçi gətirəcək

PSG növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.

Goal.az xəbər verir ki, Paris təmsilçisi hazırda Liqa 1-də lider olsa da, Çempionlar Liqasının 1/8 finalında “Real”a məğlubiyyət klub rəhbərliyini narazı salıb. Buna görə, rəhbərlik baş məşqçi Unay Emeri ilə mövsümün sonunda yollarını ayırmağa hazırlaşır.

Fransanın “Ekip” nəşrinin yaydığı məlumata görə, PSG rəhbərliyi klubun “sükanı arxasına” alman məşqçi gətirməyi planlaşdırır. Belə ki, Paris təmsilçisinin rəhbərliyi Almaniya yığmasının baş məşqçisi Yoahim Löv və hazırda işsiz olan Tomas Tuxel arasında seçim edəcək.

Xəbərdə PSG-nin idman direktoru Antero Enrikenin dünya çempionatından öncə Lövlə görüşməyi planlaşdırdığı da vurğulanıb.