Bakı Ali Neft Məktəbində 31 mart soyqırımına aid tədbir keçirildi


Digərləri 30 Mar 2018 18:40:00 277 0

Bakı Ali Neft Məktəbində 31 mart soyqırımına aid tədbir keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Dəyirmi masa ətrafında müzakirə formatında keçirilən tədbirdə Ali Məktəbin rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra tədbiri öz sözlərilə açan Ali Məktəbin Tədris və elmi işlər üzrə prorektoru Ramiz Hümbətov1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirib. Prorektor qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib.

Tədbirdə Ali Məktəbin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev tədbir iştirakçılarına soyqırım haqda qısa giriş verərək Ermənistan ordusunun dinc Azərbaycan əhalisinə qarşı törətdiyi dəhşətlı soyqırımdan 100 il ötdüyünü bildirib və daha sonra hadisələri daha təfərrüatlı danışmaq üçün sözü Ali Məktəbin tələbələrinə verib.