“Etnik musiqi inciləri” layihəsi çərçivəsində növbəti tədbir


Kriminal 30 Mar 2018 18:45:00 342 0

“Etnik musiqi inciləri” layihəsi çərçivəsində növbəti tədbir

Beynəlxalq Muğam Mərkəzinin "Etnik  musiqi inciləri" adlı möhtəşəm layihəsi çərçivəsində növbəti tədbir keçirildi.

Qeyd etmək lazımdır ki,Mərkəzdə bu layihə çərçivəsində Rumıniyadan,Moldovadan,Türkiyədən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçmişdir.

Muğam Mərkəzi "Sound Waves" adlı daha bir uğurlu konsert-layihəyə imza atmışdır ki,bu layihə əsasında da İtaliyadan, İspaniyadan, Yunanıstandan, Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası  yaradaraq gözəl səhnə ifaları təqdim etmişdilər.

Martın 29-da Beynəlxalq Muğam Mərkəzində Mərkəzin möhtəşəm "Etnik musiqi inciləri"layihəsi çərçivəsində Afina Opera Teatrının bədii rəhbəri,bəstəkar Nikos Ksantoulis qədim simli lira musiqi alətində konsert proqramı ilə çıxış edib.

Yunanıstan səfirliyinin dəstəyi ilə keçirilən bu tədbir Yunanıstanın Dövlət Müstəqilliyi Gününə  həsr olunub.

Konsertdən əvvəl  Mərkezin foyesində Yunanıstanın Azərbaycandakı səfiri Nikos Kanellosun və rəssam Nərgiz Quliyevanın rəsm əsərlərindən ibarət sərgi tamaşaçılara nümayiş olunub.

Rəsmi hissədə Yunanıstanın Azərbaycandakı  səfiri Nikos Kanellos və XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov  çıxış edib. İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf edildiyi vurğulanıb. Həmçinin Azərbaycanla Yunanıstan arasında iqtisadi, mədəni, humanitar, qarşılıqlı investisiya qoyuluşu və digər sahələrdə yaxşı əməkdaşlığın olduğunu qeyd edən Gündüz Cəfərov bildirib ki, iki ölkə arasında imzalanmış və imzalanmağa hazırlanan sazişlər ikitərəfli əlaqələrin bünövrəsini daha da möhkəmləndirəcək.

Tədbirin  bədii hissəsi hər iki ölkənin - Yunanıstanın və Azərbaycanın dövlət himnlərinin ifası ilə açılıb.


Xəbərə aid fotolar