Prezident İlham Əliyev 14 milyon pul ayırdı


Siyasət 30 Mar 2018 18:34:00 214 0

Prezident İlham Əliyev 14 milyon pul ayırdı

Prezident İlham Əliyev Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.84-cü bəndində göstərilmiş məbləğin 14 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.