Sabiq millət vəkili danışdı:


Şou-biznes 30 Mar 2018 17:45:00 269 0

Sabiq millət vəkili danışdı:

Reper Anar Nağılbazın atası, Milli Məclisin sabiq deputatı Rizvan Cəbiyev keçmiş gəlini Anjelika Cəbiyevanın onun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması haqda xəbərlərə aydınlıq gətirib.

Son.az-ın məlumatına görə, sabiq deputat azvision.az-a açıqlama verərək bildirib ki, o, Anjelikanın hərəkətlərindən bezdiyi üçün daxili işlər nazirinə müraciət edib, barəsində qanun çərçivəsində tədbirin görülməsini xahiş edib. 

"Mən ərizə ilə daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Oğlumun şikayət ərizələrinə Səbail və Abşeron Rayon Polis İdarələrindən müsbət cavab almamışdıq. Bizə dedilər ki, Anjelikanın hərəkətlərində cinayət tərkibi yoxdur, gedin, məhkəməyə müraciət edin. Əslində, oğlumun biabırçı videosunu yayıblar, onu el içində rüsvay ediblər. İstəyirdim ki, bunu yayan adam qanun qarşısında cavab versin. Nazir müraciətimi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərdi. Oradan hər ikimizi çağırıb izahat aldılar. Aydınlaşdırma apardılar. Qərarı müstəntiq verəcək. Ondan sonra görüşməmişik", - deyə reperin atası bildirib. 

R.Cəbiyev ailəsinin keçmiş gəlini ilə yaranmış mübahisələrə görə psixoloji zərbə aldığını söyləyib: