İsrail Qəzza zolağını bombalayıb, 7 fələstinli ölüb, 500-ü yaralanıb


Dünya 30 Mar 2018 17:20:33 246 0

İsrail Qəzza zolağını bombalayıb, 7 fələstinli ölüb, 500-ü yaralanıb

Fələstinli nümayişçilər təkərləri yandıraraq onu sərhəddəki İsrail hərbçilərinə doğru tullayıblar

İsrail hərbçilərinin HƏMAS-ın nəzarəti altında olan Fələstinin Qəzza zolağında aviazərbələr endirməsinəticəsində 7 fələstinli ölüb, 500 nəfər isə yaralanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, məlumatı Qəzza zolağının Səhiyyə İdarəsi yayıb.

Bildirilib ki, Qəzza zolağı boyu sərhəddə fələstinli nümayişçilər təkərləri yandıraraq onu sərhəddəki İsrail hərbçilərinə doğru tullayıblar.