Rusiya qərb ölkələrinin bəzi diplomatlarını ölkədən çıxarır


Dünya 30 Mar 2018 17:09:16 265 0

Rusiya qərb ölkələrinin bəzi diplomatlarını ölkədən çıxarır

Səfirlərə Rusiya XİN-də notalar təqdim olunub

Bakı. 30 mart. REPORT.AZ / Rusiya qərb ölkələrinin bir sıra diplomatlarını ölkədən çıxarır.

"Report" "Ria Novosti"yə istinadən xəbər verir ki, Moskva iki italiyalı, bir finlandiyalı, iki hollandiyalı, üç litvalı diplomataölkəni tərk etmək üçün bir həftə vaxt verib.

Polşa XİN bildirir ki, polşalı diplomatların dördü aprelin 7-dək Rusiya ərazisini tərk etməlidir.

Xatırladaq ki, RusiyaXİN-in məlumatına əsasən, "Skripal qalmaqalı" üzrə rusiyalı diplomatları ərazisindən çıxaran ölkələrin səfirləri xarici siyasət idarəsinə çağırılıb, onlara etiraz notları təqdim olunub və cavab tədbirləri barədə xəbərdarlıq edilib.