Sürüşmə prosesi dəyişən ərazilər: "Qır gölü", Zığ sürüşmə sahəsi, “Əbədi məşəl" kompleksi...


Digərləri 30 Mar 2018 17:00:00 229 0

Sürüşmə prosesi dəyişən ərazilər: "Qır gölü", Zığ sürüşmə sahəsi, “Əbədi məşəl" kompleksi...

Bakıda və Abşeronda bəzi sürüşmə ərazilərində görülən tədbirlər nəticəsində sürüşmə prosesinin tam dayanmasına nail olunub.

Son.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, görülən kompleks tədbirlər - istinad divarlarının tikilməsi, ərazidəki yamacın yükünün azaldılması, yaşıllıqların salınması, antropogen müdaxilələrin qarşısının alınması, sakinlərin ərazidən köçürülməsi nəticəsində bir necə ildir ki, Bakının bəzi sürüşmə sahələrində sürüşmə prosesi müşahidə edilmir.

Nazirlik rəsmisi belə ərazilərin adını da açıqlayıb.