MSK prezident seçkilərində vebkameralardan istifadəni təsdiq edib


Digərləri 30 Mar 2018 16:27:00 252 0

MSK prezident seçkilərində vebkameralardan istifadəni təsdiq edib

2008-ci ildən etibarən Azərbaycanda seçkilərədə vebkameraların tətbiqinə başlanılıb.

Bakı. Elçin Mehdiyev - 2008-ci ildən etibarən Azərbaycanda seçkilərədə vebkameraların tətbiqinə başlanılıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-da seçkilərdə vebkameralardan istifadə edilməsi ilə bağlı məsələnin müzakirəsi zaman deyib. N.Məmmədov bildirib ki, bu çox unikal təcrübədir ki, Azərbaycan istifadə edir. O qeyd edib ki, hələ də bir sıra ölkələr var ki seçkilərdə vebkamera ilə müşahidə aparılmasına icazə vermir. N.Məmmədov deyib ki, 6 seçki dairəsi istisna olmaqla qalan 119 seçki dairəsi kameralarla əhatə olunub. O qeyd edib ki, vebkameralar 20 faiz seçki məntəqələrində birbaşa izləmə imkanları yaradır. Ümumilikdə min seçki məntəqəsində kameralar quraşdırıldığını diqqətə çatdıran N.Məmmədov vurğulayıb ki, bu, seçkilərdə müşahidə aparan qurumların işini xeyli asanlaşdırır: “Min mətəqədə müşahidə aparmaq üçün gərək müşahidə aparan qurumun ən azı min əməkdaşı olsun, lakin vebkameralar bu işi xeyli asanlaşdırır”. MSK sədrinin müavini vurğulayıb ki, vebkameraların digər müsbət tərəfi odur ki, seçkilərlə bağlı şikayət və müraciətlər vebkameralar vasitəsilə araşdırılır, vebkameralardan əldə olunan görüntülər məhkəmə baxışına da təqdim edilə bilir. Daha sonra seçkilərdə vebkameraların istifadə edilməsi məsələsi səsə qoyulub və MSK üzvləri tərəfindən təsdiq edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin