Azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmədən 100 il ötür


Digərləri 30 Mar 2018 16:08:00 304 0

Azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmədən 100 il ötür

Son.az WorldMedia-ya istinadən 31 mart soyqrımı ilə bağl yazını təqdim edir:

Elə cinayətlər var ki, günahkarlarının mühakiməsi heç vaxt gec deyil. Xalqların tarixində illərlə, hətta onilliklərlə zəiflik dövrü olur. Lakin sonra Allah onların vəziyyətini dəyişir və onlar güclənməyə başlayır. Bu zəiflik və güclülük arasında illərlə unudulmayacaq hadisələr, cinayətlər baş verir.

Bir neçə gün sonra, daha dəqiq desək, martın 31-də bəşəriyyət tarixinin ən dəhşətli cinayətlərdən birinin düz 1 əsri tamam olacaq. Dünyanın ən dəhşətli qətliamlarından biri 1918-ci ilin həmin günündə baş verib. Hadisənin qəhrəmanları qatil ermənilərlə öldürülmüş müsəlman azərbaycanlılardır...

O dövrdə müsəlman liderlərinin, xalqlarının diqqətindən kənarda qalmış Azərbaycan təəssüf ki, rusların himayəsilə yaradılmış, sonralar eyni dindən olan digər böyük dövlətlərin himayəsinə sığınmış qəsbkar Ermənistan tərəfindən ən vəhşi aktlara məruz qalıb. Məhz bu "sevgi"nin, himayənin nəticəsində Azərbaycanın torpaqları bölünüb, sərvətləri talan edilib, əraziləri işğal olunub, insanlarının qanı axıdılıb.

1813 və 1828-ci illərdə bağlanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının, onun tarixi torpaqlarının bölünməsi üçün qanuni əsas olub. "Böyük Ermənistan" ideyasından ilhamlanan erməni işğalçıları Azərbaycan xalqına qarşı bədxah əməllərinə hələ 1905-1907-ci illərdə, üstəlik tam açıq və geniş şəkildə başlayıb. Bu yolda ilk dayanacaq Bakı olub. Ermənilər məqsədlərinə çatmaq üçün Birinci Dünya müharibəsindən, 1917-ci ildə baş vermiş Oktyabr və Fevral inqilablarından da istifadə ediblər. Onlar azərbaycanlılara qarşı alçaq etnik təmizləmə planının icrasına Bakıdan başlayıb və sonradan bu, ölkənin başqa rayonlarında davam etdirilib.

Ermənilər əks-inqilabçı ünsürlərə mübarizə bəhanəsilə Azərbaycan kəndlərində, şəhərlərində əsl vəhşiliklər törədib. Bu zaman onlar yüzlərlə kəndi darmadağın, yerlə yeksan edib. Həmin torpaqlarda minlərlə insan görünməmiş vəhşiliklə qətlə yetirilib, insanlarla dolu evlər dağıdılıb, insanlar diri-diri yandırılıb. Qıza müddət sonra Bakının bir çox hissəsi, milli memarlıq abidələri, məktəblər, xəstəxanalar xarabalığa çevrilib.

Amma bu vəhşilik Bakı ilə məhdudlaşmayıb. Qətliamlar Quba, Şamaxı, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və s. regionları da bürüyüb. Bu rayonlarda da bir çox kəndə od vurulub, milli abidələr yerlə yeksan edilib. Məqsəd həm də Azərbaycanın tarixi və demoqrafik abidələrini yox etmək, bununla da Azərbaycan rəhbərliyinin öz tarixini, qanuni hüquqlarını sübut etməsini əngəlləmək idi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra 1918-ci ilin 31 mart cinayətlərinin araşdırılması yeni dövlətin prioritetlərindən birinə çevrilmişdi. 1918-ci il iyulun 15-də yeni respublikanın Nazirlər Şurası bu faciəli hadisələrin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası belə, yaratmışdı. Komissiya üzvləri Azərbaycanın qəsəbə və kəndlərində, ayrı-ayrı regionlarında martda baş vermiş soyqırımın birinci mərhələsilə bağlı araşdırmalara başlamışdılar.

Həmçinin həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum da yaradılmış, 1919 və 1920-ci il martın 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırıma, torpaqların ermənilər tərəfindən işğalı prosesinə ilk siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatdırılmasına imkan verməyib.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan edib. Sonrakı dövrdə bu ərazilərdə yaşayan azərbaycanlıların deportasiyanın daha da genişləndirilməsi üçün yeni vasitələrə əl atılıb. Xüsusilə 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail olunub, 150 mindən çox azərbaycanlı zorla Ermənistandan qovulub. Bunun üçün ermənilər SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il tarixli "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarının çıxarılmasına nail olublar.

Azərbaycanlılara qarşı soyqırımın davamı olaraq, Ermənistan 1988-ci ildə bu ölkənin Dağlıq Qarabağ regionundan olan separatçıları dəstəkləməyə başlayıb. Nəticədə onlar Azərbaycan ərazisinin beşdə birini təşkil edən bu regionun Ermənistana birləşdirilməsi məqsədilə müharibəyə başlayıb. Bu, yenə də azərbaycanlılara qarşı etnik təmizləmə ilə müşayiət olunub. Az sonra bölgənin azərbaycanlı əhalisinə qarşı qətliamlar başlayıb. Bunlardan ən vəhşisi 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilmiş qətliamdır. Həmin gün şəhərin mülki əhalisi məhv edilib. Xocalıda ümumilikdə 613 nəfər qətlə yetirilib. Onlardan 489-u kişi, 18-i uşaq, 106-sı isə qadındır. Bu müharibə müsəlman Azərbaycanına qarşı kök atmış erməni düşmənçiliyinin yeni mərhələsi idi...

Dağlıq Qarabağdakı bu cinayət və qətliamlar 1 milyon azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsinə, çadır şəhərciklərində məskunlaşmasına səbəb olub. Doğrudur, sonradan Azərbaycan hökuməti onlar üçün yeni yaşayış məntəqələri yaradıb, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün tədbir görüb. Lakin bu insanların doğma torpaqlarına qayıtmaq arzusu daim onların qəlbindədir.

Azərbaycan öz xalqının hüquqlarını sülh yolu ilə bərpa etmək üçün 1992-ci ildən indiyədək Ermənistanla danışıqlar aparır. Tərəflər arasında vasitəçiliyi ATƏT-in ABŞ, Fransa və Rusiyanın həmsədri olduğu Minsk qrupu edir. Lakin bir dövlət BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinə (822, 853, 874, 884 saylı) məhəl qoymursa, sülhə necə nail oluna bilər?! Qeyd edək ki, həmin qətnamələr ermənilərdən işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasını tələb edir.

Görünən odur ki, Ermənistanın arzuladığı sülh sionistlərin işğal altındakı Fələstində arzuladığı sülhdəndir - haqq-ədalət əsasında yox, başqasının qanı, torpağı, hürriyyəti və namusu əvəzinə sülh, qəsbkarın və işğalçının şərtlərinə əsaslanan sülh!