İranda küləyin FƏSADLARI daha ağır oldu:


Dünya 30 Mar 2018 15:36:00 269 0

İranda küləyin FƏSADLARI daha ağır oldu:

İranda güclü külək fəsadlar törədib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə İranın Urmiya və Bukan ərazilərində olub. Güclü küləyin sürəti saatda 70 kilometrə çatıb. Hadisə nəticəsində Urmiyada, Urmiya - Səlmas avtomobil yolu və Bukan şəhəri ərazisində 4 nəfər xəsarət alıb.

Belə ki, güclü külək nəticəsində Bukan şəhərində küçədə reklam lövhəsi iki nəfərin üzərinə aşıb. Nəticədə 2 nəfər ağır xəsarət alıb.