Akademik Milli Dram Teatrında daha bir tamaşanın premyerası olub


Digərləri 30 Mar 2018 14:58:25 143 0

Akademik Milli Dram Teatrında daha bir tamaşanın premyerası olub

Səhnə əsəri Miro Havranın pyesi əsasında hazırlanıb

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində MiroHavranın pyesi əsasında hazırlanan “Qəribə, çox qəribə əhvalat”tamaşasının premyerası olub.

Teatrın Mətbuat xidmətindən "Report"averilənməlumata görə, mart ayının sayca üçüncü premyerası olan səhnə əsərininquruluşçu rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı,dövlət mükafatı laureatı Nazim Bəykişiyev, işıq rəssamı RafaelHəsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti NərminHəsənovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədiirəhbəri-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.

Teatrsevərlər qarşısında xalq artistləri Rafiq Əzimov və Hacıİsmayılov, aktyor Ramin Şıxəliyev çıxış ediblər. Tamaşanın maraqlı,zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnəəsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Səhnə əsəri bir qadın tərəfindən aldadılan iki kişinin çıxılmazvəziyyətlə üzləşməsindən bəhs edir. Qatar bələdçisi işləyən Draqitsaqadın hiyləgərliyini işə salaraq eyni vaxtda iki kişiyə ərə getməyi,üstəlik sirri uzun illər onlardan gizli saxlamağı bacarıb. Günlərinbirində sirrinin üstü açılır, ikinci ərin qapısı döyülür və həqiqətbütün xırdalığına qədər tamaşaçı qarşısında aşkara çıxır. Aldadılankişilər ortaq nöqtə tapmağa, anlaşmağa cəhd edirlər.

1962-ci il təvəllüdlü Miro Havran tanınmışı xorvat yazıçı-dramaturqudur.Yazıçının əsərləri 25 dilə tərcümə olunub. Onun pyesləri müxtəlifölkələrin teatrlarında, o cümlədən Amerika, Rusiya və Braziliyateatrlarında səhnəyə qoyulub. 2003-cü ildə Slovakiyada Miro Havranınadına beynəlxalq dram əsərləri festivalı – “Havranfest” keçirilib.