Ərdoğandan Fransaya: "Həddinizi aşmayın"


Dünya 30 Mar 2018 14:15:00 217 0

Ərdoğandan Fransaya: "Həddinizi aşmayın"

Ərdoğan Fransanın kürd silahlılarına yardım üçün Məniçə ordu göndərməsi məsələsi barədə danışıb

Siz kimsiniz? Həddinizi aşmayın.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. O, Fransanın kürd silahlılarına yardım üçün Mənbiçə ordu göndərməsi məsələsi barədə danışıb.

"Ötən həftə Makronla danışdıq. Gördüm ki, qəribə danışır, mən də cavabını verdim. Terrorçular bu gün səhər əsgərlərimizə hücum ediblər. 4 əsgər şəhid olub, 3 nəfər yaralanıb. Onlarla razılığa gəlməyimiz mümkün deyil. Fransadan həddini aşan açıqlama gəlib. Siz kimsiniz?".