Hikmət Babaoğlu: "Radikal dindarlarla Milli Şura üzvləri eyni mərkəzdən təlimat alırlar"


Digərləri 30 Mar 2018 14:03:00 276 0

Hikmət Babaoğlu: "Radikal dindarlarla Milli Şura üzvləri eyni mərkəzdən təlimat alırlar"

Azərbaycan olduqca mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Hazırda seçkilərin demokratik əsaslarda baş tutması üçün bütün şərtlər təmin edilib.

Son.az xəbər verir ki, bunu Trend-ə millət vəkili Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, artıq prezidentliyə namizədlər qeydə alınıb və onların təbliğat- təşviqat kampaniyasının bərabər şəraitdə baş tutması üçün MSK tərəfindən müəyyən edilmiş seçki təqvimi üzrə işlər uğurla davam etdirilir:

"Çoxsaylı yerli və beynəlxalq müçahidəçilər seçki prosesini izləmək üçün qeydiyyatdan keçib, namizədlər seçicilərlə ən müxtəlif səviyyələrdə görüşlər keçirir və media və digər qanuni vasitələrlə öz platformalarını xalqa çatdırırlar. Dolayısıyla sözün əsil mənasında namizədlər arasında tam demokratik bir yarış var və bu cəmiyyətdə olduqca fəal seçki ovqatı yaradıbdır. Bu isə sekinin demokratik keçiriləcəyinin zəmanətlərindən biridir".