Bakıda günün günorta çağı quldurluq


Kriminal 30 Mar 2018 13:52:00 219 0

Bakıda günün günorta çağı quldurluq

Martın 29-da DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.

DİN-dən Son.az-a bildiriblər ki, məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub.