Eksdeputatın oğluna 200 min “atan” idmançı: “Məni həbs edin”


Digərləri 30 Mar 2018 13:34:00 422 0

Eksdeputatın oğluna 200 min “atan” idmançı: “Məni həbs edin”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin icraatında olan prosesdə zərərçəkmiş Elnur Məmmədov çıxış edib. Məmmədov ona 210 min dollar ziyan vurulduğunu bildirib: "Hazırda 144 min dollar borc qalıb. Mən də bu pulu tələb edirəm".

Məhkəmə istintaqı yekunlaşıb, dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Proses aprelin 6-da davam etdiriləcək.

R.Heybətov isə məhkəmə zalından çıxmayacağını deyib: "Heç yerə getmirəm, gəlin məni həbs edin".

Növbəti iclasda prokuror çıxışında R.Heybətova cəza istəyəcək.