Bakıda qadının kişini evinə çağırdı, sonra da "əri" başına oyun açdı


Kriminal 30 Mar 2018 13:38:00 314 0

Bakıda qadının kişini evinə çağırdı, sonra da "əri" başına oyun açdı

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.

Dediyinə görə, sonradan həmin evə gələn 2 naməlum şəxs özlərini həmin qadının əri və qohumu kimi təqdim edib onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.