Döyülən “təcili yardım” əməkdaşları danışdı: “Yoldaşı ayağına düşüb yalvardı” VİDEO FOTO


Kriminal 30 Mar 2018 12:22:00 288 0

Döyülən “təcili yardım” əməkdaşları danışdı: “Yoldaşı ayağına düşüb yalvardı”  VİDEO  FOTO

"Bizi bıçaqla hədələdi"

Cəlilabadın Astanabad kəndində çağırışa gedən təcili tibbi yardım maşınının həkim və sürücüsü döyülüb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gün gecə saat 00:30 radələrində şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb. Həkim İbadət Ağayev, köməkçi həkim Sadıqov Ruslan və sürücü Babayev Muxtar çağırışçı Ərəstun Məmmədov tərəfindən döyülüb. Muxtar Babayev (sürücü): "Çağırış yerinə çatdıqda bizi söyməyə başladı. Daha lazım olmadığını bildirdi. Biz də çıxanda maşını daşla vurdu. Bıçaqla bizi hədələdi. Yoldaşı ayağına düşüb yalvardı".


Xəbərə aid fotolar