Bakı sakinini döyərək 138 manatını alan keçmiş məhkumlar tutuldular


Digərləri 30 Mar 2018 12:26:00 262 0

Bakı sakinini döyərək 138 manatını alan keçmiş məhkumlar tutuldular

Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi" Xidmətinə martın 29-da Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər "isti izlər"lə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum edilmiş Saleh Muradov və Rəşad Qurbanovun olduğu müəyyən edilib.