Milli Məclisin xüsusi iclası başlayıb


Digərləri 30 Mar 2018 12:01:39 159 0

Milli Məclisin xüsusi iclası başlayıb

İclasın gündəliyinə bir məsələ daxildir

© Report

Bakı. 30 mart. REPORT.AZ / Milli Məclisin ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlıxüsusi iclası başlayıb.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə bir məsələ daxildir.

Bu, “Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında” sənəddir.

Xatırladaq ki, bu il yanvarın 18-də Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.