Lavrovdan Vaşinqtona cavab: "Bu, hələ son deyil"


Dünya 30 Mar 2018 12:08:00 223 0

Lavrovdan Vaşinqtona cavab: "Bu, hələ son deyil"

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ tərəfindən diplomatik qarşıdurmaya qarşı cavab addımları atılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, Lavrov cavab addımlarının eyni ölçülü olacağını deyib.

"Çıxarılan rus diplomatlarının sayı qədər buradan xarici diplomat çıxarılacaq", - Lavrov bildirib.

Qeyd edək ki, Rusiya ölkədən 60 xarici diplomatı çıxarır, onlar ölkə ərazisini aprelin 5-ə qədər tərk etməlidirlər.