Binəqədidə quldurluq edən iki nəfər tutuldu


Digərləri 30 Mar 2018 11:43:24 219 0

Binəqədidə quldurluq edən iki nəfər tutuldu

Martın 29-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.

Bakı. Martın 29-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub. DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar.