KİV: Xarkovda azərbaycanlı restoran yaxınlığında güllələnib


Sosial 30 Mar 2018 11:20:57 299 0

KİV: Xarkovda azərbaycanlı restoran yaxınlığında güllələnib

"Qəsdən adamöldürmə" maddəsi ilə cinayət işi açılıb

Dünən axşam Ukraynanın Xarkov şəhərində restoran yaxınlığında baş verən atışma nəticəsində bir nəfər həlak olub, bir nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə Xarkov vilayəti polisinin məlumatında deyilir.

Yerli KİV-in məlumatına görə, atışma nəticəsində Azərbaycan vətəndaşı həlak olub, Gürcüstan vətəndaşı isə xəsarət alıb.

"Restoranlardan birində, təqribən, 10nəfərdən ibarət qrup istirahət edib. Onlar restorandan çıxandan sonra bir neçə naməlum şəxs gözlənilmədən onlara yaxınlaşaraq silahdan atəş açıb", - polisin məlumatında deyilir.

"Qəsdən adamöldürmə" maddəsi ilə cinayət işi açılıb.