Ərli qadın İnstaqramda tanış olduğu kişini evə çağırdı
Dünya 30 Mar 2018 10:58:58 441 0
İstanbulun Üsküdar rayonunda işdən evə qayıdan kişi arvadını sevgilisi ilə yarıçılpaq vəziyyətdə tutub.
Son.az Haberler-ə istinadən xəbər verir ki, həyatının şokunu yaşayan ər bıçaqla arvadını sinəsindən yaralayıb, onun sevgilisini isə öldürüb.
İNSTAQRAM-DA TANIŞ OLDUĞU KİŞİNİ EVİNƏ ÇAĞIRDI
Mahir Ardıç ilə evli olan B.A. Instagram hesabından Mahmut Çütçü ilə tanış olub. Gənc qadın əri işdəykən sevgilisini evinə çağırıb.
İşdən evə qayıdan Mahir Ardıçın qapının zəngini çalmasından qorxuya düşən Mahmut Çütçü evin yuxarı mərtəbəsinə çıxıb.
ƏRİ ARVADININ YARIÇILPAQ VƏ HƏYƏCANLI HALINDAN ŞÜBHƏLƏNİB
Yarıçılpaq qapını açan həyat yoldaşının həyəcanlı halından şübhələnən Mahir Ardıç şübhələnərək evin yuxarı mərtəbəsinə qalxıb. Orada Mahir Ardıç Mahmut Çütçü ilə qarşılaşıb.
Gözünü qan alan Mahir Ardıç arvadının sevgilisini döyməyə başlayaraq qaçmağına mane olub. Ardınca iş yerindən dostu Çetin Tanrıtanırı çağıran ər birlikdə Mahmut Çütçünü döyüblər.
Mahmut Çütçünü 4 dəfə bıçaqlayan ər arvadını da sinəsindən bıçaqlayaraq yaralayıb.