Hikmət Hacıyev: 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama hərəkatına sədrlik edəcək


Digərləri 30 Mar 2018 10:55:00 483 0

Hikmət Hacıyev: 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama hərəkatına sədrlik edəcək

5-6 aprel 2018-ci il tarixində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı Bakıda keçiriləcək.

Bakı. 5-6 aprel 2018-ci il tarixində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı Bakıda keçiriləcək. Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Məlumata görə, nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçiriləcək. Konfransda Qoşulmama hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər. Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir. Qoşulmama Hərəkatının Bakıda keçiriləcək nazirlər toplantısına 800-dən artıq iştirakçı qatılacaq. Tədbiri işıqlandırmaq üçün yerli və xarici media nümayəndələri daxil olmaqla, 150-dən artıq şəxs akkreditasiyadan keçib. Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Bu səbəbdən, ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olmaq qərarını alıb.