Güclü küləklə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib


Digərləri 30 Mar 2018 10:33:00 266 0

Güclü küləklə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq 30-31 mart tarixlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə "Azərişıq" ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb.

ASC-dən Son.az-a verilən məlumata görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.

Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb.