UEFA Rusiya klubunu cərimələdi


İdman 30 Mar 2018 10:15:00 276 0

UEFA Rusiya klubunu cərimələdi

UEFA Rusiyanın Mərkəzi Ordu İdman Klubunu 30 min avro məbləğində cərimələyib.

Goal.az-ın məlumatına görə, səbəb klub azarkeşlərinin Avropa Liqasının 1/16 final mərhələsinin ilk matçında səfərdə Serbiyanın "Srvena Zvezda” ilə oyunda qeyri-etik davranışlar etməsidir.

Fanatlar 0:0 hesabı ilə başa çatan görüşdə tüstü bombası və digər pirotexniki vasitələrdən istifadə edərək stadionun tüstülənməsinə səbəb olublar.

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin cavab qarşılaşması isə MOİK-in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.