Bakıda tozdumanın miqdarı günorta norma həddinə qədər enəcək


Digərləri 30 Mar 2018 10:06:35 277 0

Bakıda tozdumanın miqdarı günorta norma həddinə qədər enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 29 mart 2018-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyən edilib.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.