Yevlaxda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub - YENİLƏNİB - 2


Sosial 30 Mar 2018 09:39:00 292 0

Yevlaxda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub - YENİLƏNİB - 2

Faktla bağlı araşdırma aparılır

Yevlax rayonundayolu keçmək istəyərkən avtomobilinvurub öldürdüyüpiyadanın şəxsiyyəti müəyyənləşib.

"Report"un Qərb bürosunun məlumatına görə, ölən piyada Yevlax şəhər sakini, 1959-cu il təvəllüdlü Cəlilov İbrahim Şamil oğludur.

O, yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb vəxəstəxanaya aparılan zaman isə yolda dünyasını dəyişib.

Qeyd edək ki, ilk məlumatlarda ölən piyadanın tüfeyli həyat tərzi sürən şəxs olduğu bildirilsədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, o, "Shagman" markalı yük avtomobilinin sürücüsü olub. Hadisə isə onunmaşınından düşərək dükana getmək istədiyi zaman baş verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

*** 29 mart, saat 22:34

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Əbdülxəlidov Səməd Ziyadxan oğlunun idarə etdiyi avtomobil tərəfindən vurulan piyadanın tüfeyli həyat sürdüyü bildirilir.

Hadisə zamanı piyada sərxoş olub və qəflətən yola çıxb. Bu zaman avtomobilin sürücüsüsü idarəetməni itirərək onu vurub. Yaralı piyada sürücü tərəfindən xəstəxanaya aparılsa da,aldığı ağır xəsarətlərdən yolda keçinib.

Piyadanın kimliyi araşdırılır.

***21:37

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki,kimliyi hələlik bilinməyən piyda avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılan zaman yolda ölüb. Ölən piyadanın orta yaşlı kişi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.