Bakıda taksi gənc oğlanı vurub, onun hər iki ayağı sınıb


Digərləri 30 Mar 2018 08:42:00 260 0

Bakıda taksi gənc oğlanı vurub, onun hər iki ayağı sınıb

Onun vəziyyəti orta-ağırdır

Sabunçu rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Quliyev Elçin Mədət oğlu yolu keçmək istəyərkən onu "London taksisi" vurub. Yaralı taksi sürücüsü tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Həkimlərin verdiyi məlumata görə, vurulan piyadanın hər iki ayağında açıq sınıq aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.