Bakıda "London taksisi" gənc oğlanı vurub, onun hər iki ayağı sınıb


Sosial 30 Mar 2018 08:23:00 262 0

Bakıda "London taksisi" gənc oğlanı vurub, onun hər iki ayağı sınıb

Onun vəziyyəti orta-ağırdır

Sabunçu rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Quliyev Elçin Mədət oğlu yolu keçmək istəyərkən onu "London taksisi" vurub. Yaralı taksi sürücüsü tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, vurulan piyadanın hər iki ayağında açıq sınıq aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.