İsveçrədə 31 Mart soyqırımının 100 illiyi ilə bağlı poçt markası buraxılıb


Digərləri 30 Mar 2018 08:28:00 271 0

İsveçrədə 31 Mart soyqırımının 100 illiyi ilə bağlı poçt markası buraxılıb

İsveçrədə 31 Mart - Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə bağlı poçt markası buraxılıb.

Azərbaycanın İsveçrədəki səfirliyindən Son.az-a verilən məlumata görə, bu barədə razılaşma səfirliklə bu ölkənin dövlət poçt müəssisəsi olan "İsveçrə Poçt" Səhmdar Cəmiyyəti ("Schweizerische Post" AG) arasında əldə edilib.

Soyqırımın 100-cü ildönümünə həsr olunmuş həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək. Eyni zamanda, ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə və SOCAR-ın İsveçrədəki nümayəndəliyinə, eləcə də başqa maraqlı tərəflərə göndəriləcək.