İllərlə içi boş hesab edilən məzardan görün nə çıxdı


Digərləri 30 Mar 2018 07:14:00 316 0

İllərlə içi boş hesab edilən məzardan görün nə çıxdı

Avstraliya yayım qurumlarında yer alan xəbərə görə, Sidney Universiteti araşdırmaçıları 150 ildir muzeydə qapalı tutulan taxtın içində mumiya qalıqlarına rast gəlib.

Son.az xəbər verir ki, Nicholson Muzeyindən arxeoloq Ceym Fraser keçən il açdıqları bir qəbir yerində tapdıqları mumiyalanmış qalıqların təxminən 2500 il öncəsinə aid olduğunu açıqlayıb.

Qalıqların ayaq sümükləri olduğuna işarə edən Fraser, "daha öncə Misir məzarını heç açmamışdım. Amma bu da ona yaxın bir şeydi. Gördüyümüz şey inanılmaz dərəcədə təəccüblü idi. Nəfəsimizi tutmaqdan başqa bir şey edə bilmədiyimiz bir an idi" dedi.