"WiFi" əvəzinə "LiFi" olacaq


Digərləri 30 Mar 2018 01:30:00 285 0

"WiFi" əvəzinə "LiFi" olacaq

İşıq dalğaları ilə internetin yayılması hal-hazırda aktual olan və təkminləşdirilən bir texnologiyadır.

Son.az technote-yə istinadən xəbər verir ki, "Light Fidelity" və ya "Li-Fi" adlanan bu texnologiya qlobal şəkildə "Philips" şirkəti tərəfindən istifadə edilməyə başlayıb.

Şirkətin "Li-Fi" sistemi armaturlarla əlaqəli bir sistem olub, LED lampaların bu armaturları istifadə edərək işıq spektrumu vasitəsilə yüksək həcmli məlumat ötürməsini təmin etməyə əsaslanır. Alınan işıq isə cihaza bağlanan USB çevirici vasitəsilə internetə çevriləcək.

Məlumata görə, "Li-Fi" vasitəsilə 1 saniyədə 224 Gb həcmində məlumat ötürmək mümkündür. Bu texnologiyanın digər bir üstünlüyü işığın parlaqlığı artdıqca ötürmə sürətinin də artmasıdır. Qısaca izah etsək, siz 1 saniyədə 20 film və ya 10-15 arası böyük həcmli AAA tipli oyunları endirə bilərsiz.