Bu, Ermənistan Xarici İşlər Nazirliyinin növbəti uydurmasıdır


Siyasət 29 Mar 2018 23:56:00 271 0

Bu, Ermənistan Xarici İşlər Nazirliyinin növbəti uydurmasıdır

Bu, Ermənistan Xarici İşlər Nazirliyinin növbəti uydurmasıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmet Haciyev qondarma "Dagliğ Qarabağ Respublikası"nın Sumqayıt hadisələri ilə bağlı bəyanatının guya BMT tərəfindən "rəsmi sənəd" kimi yerləşdirilməsi ilə bağlı Ermənistan tərəfinin iddialarına cavab olaraq bildirib.

H. Hacıyev bildirib: "Ermənistan tərəfi qeyri-qanuni, riyakar və təxribatçı vasitəyə əl ataraq, Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yayılan məktubun alt əlavələrindən biri kimi qondarma rejimin təqdim etdiyi kağız parçasını əlavə edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun Sumqayıt hadisələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə təqdim olunan və təkzibolunmaz faktlara əsaslanan bəyanatına cavab olaraq Ermənistan tərəfi bu qeyri-ciddi və gülünc doğuran addıma əl atıb.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi davamlı surətdə Ermənistanın bu kimi yalanlarını ifşa edir və BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını beynəlxalq hüquq baxımdan əsaslandıran tutarlı sənədlər təqdim olunur."